Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 23:40
Bakı. Trend:
"e-Təbib" mobil tətbiqi Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxma faktlarının qeydə alınmış, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında məlumatları, tez-tez verilən suallara cavabları və profilaktik tədbirlər haqqında məlumatları təqdim edən tətbiqdir.
Mobil tətbiq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən dəstəklənir.
Mobil tətbiq vasitəsilə yayılan məlumat və xəbərlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən təqdim olunur.
ÜSTÜNLÜKLƏR
Mobil tətbiq vasitəsilə aşağıdakı məlumatları əldə etmək imkanı var:
- Gündəlik yoluxma faktları haqqında məlumat;
- Gündəlik müalicə olunmuş şəxslərin sayı;
- Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat və xəbərləri;
- “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri;
- Profilaktik tədbirlər haqqında məlumat;
- Tez-tez verilən suallara cavablar;
- Xüsusi risk qrupları haqqında məlumat;
- Mövcud olan təlimat və qaydalar haqqında məlumat;
- Xəstəliyin simptomları haqqında məlumat
Mobil tətbiqə giriş mobil nömrə və ya sosial şəbəkə hesabı üzərindən həyata keçirilir.
Mobil tətbiq vasitəsilə Qaynar xətt nömrələri haqqında məlumat əldə etmək imkanı təqdim edilir.
Mobil tətbiqdə Koronovirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclasları haqqında məlumatlar təqdim ediləcək.
100 MB “E-TƏBİB” İNTERNET PAKETİ
Paket bütün fakturalı və fakturasız abunəçilər üçün nəzərdə tutulub.
100 MB internet tətbiqi yükləyib qeydiyyatdan keçən abunəçilərin balansına avtomatik olaraq 24 saat ərzində əlavə ediləcək.
Qeydlər:
- Paket “e-Təbib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçən abunəçilərə pulsuz və yalnız 1 dəfə verilir.
- Qeydiyyat üçün “e-Təbib” tətbiqini yükləyib daxil olduqdan sonra tətbiqin “Digər” bölümündə yerləşən “Şəxsi kabinetə” keçərək şəxsiyyət vəsiqəsinin FIN kodunu və digər tələb olunan əlavə məlumatları daxil etmək lazımdır.
- İstifadə müddəti 30 gündür. Paket avtomatik olaraq yenilənmir.
- Paketi dayandırmaq mümkün deyil.
- Abunəçi paket balansı haqqında məlumatı *100#yes yığaraq və ya balans sözünü 2525-ə göndərməklə ala bilər.
- Balansda saat internet paketləri mövcud olduqda, istifadədə üstünlük saat paketlərinə verilir.
- Balansda gecə, günlük, həftəsonu və ya aylıq internet paketləri mövcud olduqda, istifadədə üstünlük 100 MB “e-Təbib” paketinə verilir.