Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ginekoloqdan hamilələrə ÇAĞIRIŞ: Bu yerlərdən uzaq durun!

Ginekoloqdan hamilələrə ÇAĞIRIŞ: Bu yerlərdən uzaq durun!

Tarix: 11 Iyul 2020 23:48

Koronavirusa yoluxanlar arasında hamilələr də var. Hamilələrin bir qismində isə ağırlaşmalar, COVID pnevmoniyası qeydə alınıb. Hamilələr koronavirusdan necə qorunmalıdırlar?
Sonxeber.net e-tibb.az-a istinadən cərrah mama-ginekoloq, ATU-nun Ginekologiya kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Arzu İsmayılovanın hamilələrə tövsiyələrini təqdim edir:

Koronavirusun yayıldığı (COVID-19) 2019-cu ilin dekabrından bəri bu xəstəliyin ana bətnindəki uşağa keçdiyinə dair heç bir fakta rast gəlinməyib. Ümumi qiymətləndirməyə görə isə hamilə qadınlar bu virusa tutulma riski çox olanlar arasında deyil. Amma bu heç də o demək deyil ki, hamilə qadınlar virusa yoluxa bilməz. Ona görə də əvvəlcədən profilaktik tədbirlər görməkdə fayda var.

Hamilələlər respirator xətəliklərindən - qripdən qorunmalıdır. Ona görə də tədbirli davranmaq və bütün gigiyena qaydalarına həssaslıqla riayət etməlidirlər.
Hər kəs kimi təməl gigiyena qaydaları hamilələr üçün də çox əhəmiyyətlidir.

Nizamlı olaraq sağlam və diqqətli qidalanmaq, riskli mühitlərdən qaçmaq lazımdır.

Xüsusilə bu dövrdə qapalı və havasız mühitlərdən uzaq durun, mümkünsə ictimai nəqliyyat vasitələrinə minməyin və məcbur olmadıqca xəstəxana kimi yerlərə getməyin.
- Əllər tez-tez yuyun.
- Nizamlı və sağlam qidalanın.
- Gündə ən azı 2 litr su için.
- Çöldəki əşyalara əl vurduqdan sonra əlləri yuyana qədər ağız, burun və gözlərə vurmayın.
- İmmunitet sisteminizi gücləndirin.
- Qrip, soyuqdəymə kimi xəstəlikləri, qızdırma, öskürək kimi əlamətləri olan kəslərdən uzaq dayanın.
- Mümkünsə qucaqlaşmaq, əl ilə görüşməkdən qaçın.
- Ətrafdakı insanlarla ən azı 1 metr məsafəni qoruyun.
- Sıxlıq, izdiham olan mühitlərə mümkün olduqca girməyin, belə mühitlərdə olsanız virus qoruyucu xüsusiyyəti olan maska taxın.
- Lazım olmadıqca səyahət etməyin, xüsusilə təyyarə ilə xaricə getməyin.
- İctimai fəaliyyətlərdə iştirakı təxirə salın.


Etiketlər:  Ginekoloqdan hamilələrə ÇAĞIRIŞ yerlərdən uzaq durun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ