Tarix: 12 Iyul 2020 22:40
Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, “Qalatasaray” səfərdə autsayder “Anakaragücü” ilə qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub. Oyunda yaganə qolu 62-ci dəqiqədə Oskar Skarione penaltidən vurub.
Bununla da “Qalatasaray” ardıcıl 3-cü oyununda uduzub. Fatih Terimin komandası ardıcıl 8 oyundur ki, qalib gələ bilmir. “Sarı-qırmızılar” sonuncu dəfə martın 1-də 24-cü turda “Gənclərbirliyi” ilə görüşdə qalib gəlib – 3:0.
Bir müddət əvvəl çempionluğa əsas namizədlərdən sayılan “Qalatasaray” hazırda 52 xalla 5-ci pillədədir. “Ankaragücü” 29 xalla sonuncu - 18-cidir. Turnir cədvəlinə 66 xalla “Başakəhər” başçılıq edir.