Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 10:22
İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında "Fənərbağça" "Sivasspor"u qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada hesabı 9-cu dəqiqədə Sivas təmsilçilərinin hücumçusu Arouna Kone açıb. Görüşün 27-ci dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Dəniz Turuc hesabı bərabərləşdirib. Lakin 44-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Əmrə Qılınc komandasına qələbə qazandıran topun müəllifi olub.
Beləliklə, "Sivasspor" səfərdə "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, iyulun 13-də "Kasımpaşa" - "Rizəspor", "Kayserispor" - "Qaziantep", "Konyaspor" - "Başakşəhər", "Dənizlispor" - "Trabzonspor", "Yeni Malatyaspor" - "Beşiktaş" komandaları qarşılaşacaq.