Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 10:34
Futbol üzrə Polşa çempionatında 2019-2020-ci il mövsümünün qalibi müəyyənləşib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 35-ci turda "Krakoviya"nı məğlub edən "Legiya" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Legiya" 68 xalla liderdir və ən yaxın izləyicisi "Lex"i 11 xalla qabaqlayır. "Lex"in ehtiyatda bir oyunu var. "Legiya" son 5 ildə 4-cü dəfə Ekstraklasanın qalibi olub. Varşava təmsilçisi 14 dəfə Polşa çempionluğunu qazanıb.