Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 00:36
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanan "Qarabağ" artıq sözügedən ölkəyə çatıb.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi orada 2 həftə hazırlıq keçəcək.
Qeyd edək ki, Qurban Qurbanovun komandası toplanış müddətində iyunun 22-də Bolqarıstanın "Ludoqorets", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" klubu ilə yoxlama oyunu keçirəcək.