Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 11:56
Bakı. Trend:
Ermənistan Nazirlər Kabineti koronavirusla bağlı ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini avqustun 12-dək uzadıb.
Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir. Bundan əvvəl ölkədə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılmışdı.
Bu günə qədər Ermənistanda koronavirusa 32 151 yoluxma olub, 573 nəfər virusdan ölüb.