Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu gün Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir''

''Bu gün Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir''

Tarix: 13 Iyul 2020 12:36

Ölkə başçımız cənab Prezident İlham Əliyevin düşünülmüş və praqmatik siyasətinin məntiqli nəticəsidir ki, bu gün Azərbaycan "davamlı inkişaf məqsədləri indeksi"nə görə regionda liderdir və dünya ölkələri arasında öz müsbət imicini qoruyaraq mühüm nəticə göstərir. Belə ki, son hesabata görə ölkəmiz BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərar tutub". 

Bunu Sonxeber.net-a politoloq Şəbnəm Həsənova BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib:

"Bu gün Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi"nə görə regionda liderdir. Belə ki, hesabata nəzər yetirdiyimiz zaman Rusiya kimi bir dövlət 57-ci yerdə qərarlaşdığı halda ölkəmiz 54-cü yerdə qərarlaşmaqla qonşu ölkələri geridə qoymağa müvəffəq oldu. Ardıcıl sistemə nəzər yetirdiyimiz zaman Gürcüstanın 58-ci, İranın 59-cu, Qazaxıstanın 65-ci, Türkiyənin 70-ci, mənfur düşmən Ermənistanın 75-ci və Türkmənistanın isə 114-cü mövqedə dayandığını görürük. Azərbaycan bir sıra sahələr və istiqamətlər üzrə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə nəzərəçarpan irəliləyişlər əldə edib. Səhiyyə, qidalanma, rifah, yoxsulluq, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi istiqamətlər buraya daxildir. Şərqi Avropa və Mərkəzi Asiya regionunda "davamlı inkişaf məqsədləri indeksi" üzrə orta göstərici 70,9-dir ki, Azərbaycan da bu indeks üzrə mümkün 100 balından 72,6 bal toplayıb. Bu gün ölkəmizdə gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmamışdır. Bundan əlavə, 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib".

Politoloq qeyd edib ki, bu gün xalq əmindir ki, ən çətin və həlledici məqamlarda cənab Prezidentin düşünülmüş və məntiqli siyasəti nəticəsində Azərbaycan regionda və dünyada öz sözünü deməyə qadir ölkədir:

"Qlobal pandemiya şəraitinə baxmayaraq Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Təkcə 2019-cu ildə həyata keçirilən sosial paketlər ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına əsaslı təsir edib. Bu gün xalq əmindir ki, ən çətin və həlledici məqamlarda cənab Prezidentin düşünülmüş və məntiqli siyasəti nəticəsində Azərbaycan regionda və dünyada öz sözünü deməyə qadir ölkədir. Heç çəkinmədən deyə bilərik ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi ölkə başçımız cənab İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə tamamilə üst-üstə düşür. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, həyata keçirilən sosial siyasət Azərbaycanı qlobal gündəliyin formalaşmasında və həyata keçirilməsində əhəmiyyətli fiqur olduğunu bir daha sübut edir. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması,  əhalinin bir sıra kommunal problemlərinin efektiv həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik, xalq-iqtidar birliyi mühitinin mövcudluğu, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması nəinki xalq tərəfindən, eyni zamanda beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfinədn də təsdiq olunur".

Təhməz Təkin


Etiketlər:  gün Azərbaycan davamlı inkişaf məqsədləri indeksinə görə regionda liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ