Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo ''Yuventus''da qalır

Ronaldo ''Yuventus''da qalır

Tarix: 13 Iyul 2020 18:00

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo ayrılıq iddialarına baxmayaraq, Turin klubunda qalacaq.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu A seriyası təmsilçisindəki gələcəyinə şübhə etmir və hazırda klubunu dəyişdirməyi düşünmür. Bildirilib ki, portuqaliyalı oyunçu "Yuventus"da kuboklar qazanmağı hədəfləyir. Onun bu mövsümün sonunda "Qızıl buts"u əldə etməyi istədiyi vurğulanıb.

Qeyd edək ki, Ronaldonun yay transfer pəncərəsində Turin klubundan ayrıla biləcəyi iddia olunurdu.

 


Etiketlər:  Ronaldo Yuventusda qalır


RƏYLƏR