Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 10:27
Bakı Sağlamlıq Mərkəzi COVİD-19 infeksiyasına yoluxmuş Kliniki Tibbi Mərkəzin reanimatoloqu Dr. Kərəm Yabuqovun səhhəti ilə bağlı məlumat yayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata əsasən, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub:
"Ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".