Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 11:08
2020-ci ilin birinci yarımilində aliment borcunu ödəməyən 1215 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Sonxeber.net xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, onlardan 943-ü həbs edilib. Hazırda aliment borcunu ödəməkdən yayınan 2359 nəfər axtarışdadır.
Əlavə olaraq inzibati tənbehdən nəticə çıxarmayaraq aliment borcunu qərəzli olaraq ödəməyən 12 nəfər barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi açılıb.