Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 15:09
"Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır və tərəfləri atəşi dayandırmağa çağırır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq. Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır. Bildiyiniz kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Bir daha hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".