Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 15:52
Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi "Kənd ocağı" restoranının müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 10 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.