Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 10:57
Bakı. Trend:
Ukraynada göldə çimən təxminən 27 nəfər zəhərlənib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətindən bildiriblər. Məlumata görə, hadisə Luqansk rayonunda Pesocni gölündə baş verib.
Bildirilir ki, kəskin qastroenterokolit diaqnozu ilə 22 uşaq olmaqla 27 nəfər tibb müəssisəsinə yerləşdirilib. Onların Pesoçnı gölündə "Malibu" çimərliyində istirahət etdikləri məlum olub.
Tibb müəssisəsinə müraciət edənlər hamısı göldə çimdikdən sonra özlərini yaxşı hiss etmədiklərini bildiriblər.
Hazırda polis faktla bağlı araşdırmaya başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin