Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub

Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub

Tarix: 15 Iyul 2020 08:14

Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaq da davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşin təsirini kənd sakinləri ilə bərabər orada olan media nümayəndələri və bölgədə olan Millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, onların köməkçilər də şahidi olub.

Məlumata görə, Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müaviznətini itirərək yıxılıb və qolunu zədələyib.

Ərazidə olan vətəndaşlarıdan, jurnalistlərdən və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir.


Etiketlər:  Tovuzda jurnalistlərin deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub


RƏYLƏR