Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola Mourinyo və Kloppun cavabını verdi - "Mənə zəng edə bilərlər"

Qvardiola Mourinyo və Kloppun cavabını verdi -

Tarix: 15 Iyul 2020 12:08

“Əgər danışmaq istəsələr, mən buradayam. Hökm üç müstəqil hakim tərəfindən elan edildi".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sky Sports"a açıqlamasında "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis komandasının 2 mövsümlük Çempionlar Liqasından kənarlaşdırılma cəzasının ləğvi ilə bağlı qərarı tənqid edən Joze Mourinyio və Yurgen Kloppun cavabını verib:

"Bunu müzakirə etmək istəsələr, mənim telefon nömrəm onlarda var. Mənə zəng edə bilərlər və hər şeyi onlara izah edərəm. Problem deyil. Amma hesab edirəm ki, qərar aydın olduğu üçün nəsə müzakirə etməyimizin mənası yoxdur. Yalan və saxtakarlıqla bağlı fərziyyələr həqiqətə uyğun deyildi. Biz təmiz idik”.

Qeyd edək ki, "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo İdman Arbitraj Məhəkəməsinin "Siti" ilə bağlı son qərarını utancverici adlandırıb. "Liverpul"un baş məşqçisi Yurgen Klopp isə bu qərara şad olduğunu bildirməklə yanaşı, futbol üçün gözəl bir gün olmadığını demişdi.

 


Etiketlər:  Qvardiola Mourinyo Kloppun cavabını verdi Mənə zəng edə bilərlər


RƏYLƏR