Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Milan" transferini açıqladı

Tarix: 15 Iyul 2020 14:50

Simon Kyaer karyerasını “Milan”da davam etdirəcək.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komandada icarə əsasında çıxış edən danimarkalı müdafiəçi “Sevilya”dan birdəfəlik alınıb. Onunla 2022-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.

Transferin qiyməti açıqlanmayıb. Bundan əvvəl İtaliya mətbuatı “Milan”ın “Sevilya”ya 3.5 milyon avro ödəyəcəyini yazmışdı.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu ilin yanvar ayından “Milan”da çıxış edir.

 


Etiketlər:  Milan transferini açıqladı


RƏYLƏR