Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 16:33
Düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər tərəfindən yardım göstərilir
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Televiziyası (AzTV) erməni hərbçilərinin təxribatı nəticəsində cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə aldığı hospitalda olub.
Hospitalda əsgərlərin vəziyyəti barədə məlumat verən tibb xidməti polkovniki Roman Çobanov bildirib ki, düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər tərəfindən yardım göstərilir: "Hazırda yaralılarımızın vəziyyəti keçirdikləri əməliyyatlara uyğundur, kafidir. Xəstələrimizin bir arzusu var, o da tez sağalaraq səngərə qayıdıb düşməndən qisas almaq".
Hospitalda müalicə alan əsgər Əliyev Novruz Əlixan oğlu bildirib ki, özünü yaxşı hiss edir və tez sağalmasını istəyir: "İnşallah, daha da yaxşı olub tez bir zamanda öz yoldaşlarımın yanına qayıdaram. Vurulub onları tək qoyduğum üçün özümü çox pis hiss edirəm".
Hadisə nəticəsində yaralanan digər əsgər Mehdiyev Vüqar Elbrus oğlu da sağalaraq ön xəttə qayıtmaq istədiyini, düşmənə qarşı vuruşmağa davam etmək arzusunda olduğunu deyib.