Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 6 ay ərzində pandemiya ilə mübarizədə ayrılan vəsaitdən 752 milyon manat istifadə olunub

Azərbaycanda  6 ay ərzində pandemiya ilə mübarizədə ayrılan vəsaitdən 752 milyon manat istifadə olunub

Tarix: 16 Iyul 2020 02:16

Bakı. Asif Mehman - Trend:

Bu günə kimi Azərbaycanda pandemiya ilə mübarizədə ayrılan vəsaitdən 752 milyon manat istifadə olunub.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin olunub:

"Bu mənbədən səhiyyə sahəsinə ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manat, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manat, sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə edilib".


Etiketlər:  Azərbaycanda 6 ay ərzində pandemiya ilə mübarizədə ayrılan vəsaitdən 752 milyon manat istifadə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ