Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 16:24
"La Gazzetta dello Sport" nəşrinin versiyasına əsasən, "Yuventus"un futbolçusu Kriştiano Ronaldo A seriyasında 33-cü turunda "Sassuolo" ilə oyununun (3:3) ən pis oyunçusu seçilib.
Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu meydanda olan futbolçular arasında ən aşağı qiyməti alıb - 5.
35 yaşlı oyunçu 90 dəqiqə meydanda olub və fərqlənə bilməyib.
Qeyd edək ki, Ronaldo 2019-cu ilin 10 noyabrından sonra ilk dəfə A seriyası oyununda qol vurmayıb və ya qol ötürməsi verməyib.