Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

Tarix: 19 Iyun 2019 14:00

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

2019-cu ilin yanvar-may aylarında azərbaycanlı qeyri-neft məhsulları ixracatçıları ixracın təşviqi proqramı çərçivəsində 5,042 milyon manat vəsait əldə edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, bu ilin iyulunda Yekaterinburqda Azərbaycan şərab evi açılacaq. Bundan başqa, Sankt-Peterburqda şərab evinin açılması planlaşdırılır:

“Çinin müxtəlif regionlarında şərab evlərinin açılması ilə bağlı danışıqlar aparılır. İyul ayında İsveçrəyə ixrac missiyası baş tutacaq. Bu ölkədə biznes-forumun keçirilməsi planlaşdırılır”.

Y.Abdullayev əlavə edib ki, bu ilin sonunadək Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan ticarət evinin açılışı olacaq.


Etiketlər:  Nur Sultanda Azərbaycan ticarət evi açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ