Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 14:00
Erməni Silahlı Qüvvələrinin Tovuzda törətdikləri son təxribata dünyaca məşhur kikboksçumuz Zabit Səmədov da biganə qalmayıb.
Sonxeber.net xəbər verir ki, Zabit Səmədov sosial şəbəkə hesabından etdiyi paylaşımda ermənilərin Tovuzdakı təxribatını 4 günlük Aprel döyüşlərindən sonra düşmənin ikinci məğlubiyyəti adlandırıb.
O bildirib ki, ermənilər üçüncü məğlubiyyəti Xankəndidə görəcəklər:
"Mən, Zabit Səmədov, bir idmançı kimi, bir vətəni Azərbaycanı sevən xalqının oğlu kimi, Azərbaycan ordusuna dəstək olmağa çağırıram. Mənfur erməni düşmənlərinin budəfəki təxribatı da onlara baha başa gəldi. Bu, son zamanlar onların ikinci məğlubiyyətidir, üçüncünü Xankəndidə görəcəklər. Bütün Azərbaycan gənclərini prezidentimiz İlham Əliyevə bu ağır vaxtlarda dəstək olmağa çağırıram. Biz bu çətin zamanda birlik göstərməliyik. Hər birimiz bir əsgər olmağa hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Yaşasın Azərbaycan!".
Təhməz Təkin