Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tovuz istiqamətində təxribatın törədilməsi üçüncü tərəflərin bu münaqişəyə cəlb edilməsi məqsədini daşıyırdı''

''Tovuz istiqamətində təxribatın törədilməsi üçüncü tərəflərin bu münaqişəyə cəlb edilməsi məqsədini daşıyırdı''

Tarix: 17 Iyul 2020 16:00

"Bildiyiniz kimi, iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Bu iclasda  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti hərbi təxribatına toxunub və bir sıra önəmli tezisləri irəli sürüb". 

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistan rəhbərliyinə böhranlı vəziyyət lazımdır ki, diqqəti ciddi daxili problemlərdən yayındırsın:

"Dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar mütəmadi xarakter alıb. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırım törədib. Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilən vəhşilikləri Azərbaycan xalqı unutmayıb. Bu vandalizm siyasəti bu gün də davam etdirilir, Azərbaycanın yaşayış məntəqələri atəşə məruz qalır. Digər tərəfdən qeyd etmək istərdik ki, Ermənistan rəhbərliyinə böhranlı vəziyyət lazımdır ki, diqqəti ciddi daxili problemlərdən yayındırsın. Ermənistanın baş naziri Nikol Paşinyan daxili problemlərdən yayınmaq üçün Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törətdi. Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı vaxtında alındı və düşmən istədiyinə nail ola bilmədi. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətini görən ermənilər panikaya düşüb, bəzi kəndlər, şəhərlər boşaldılır.
Tovuz istiqamətində təxribatın törədilməsi üçüncü tərəflərin bu münaqişəyə cəlb edilməsi məqsədini daşıyırdı".

Politoloq qeyd edib ki,  KTMT-ya müraciət etmək Ermənistanın siyasi və hərbi rəhbərliyinin qorxaqlığının növbəti təzahürüdür:

"Törədilmiş təxribatdan dərhal sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti acizliyin və  qorxaqlığın göstərici kimi qiymətləndirilir. Törədilmiş təxribatdan və çirkin əməllərdən sonra Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi onu göstərir ki, bu plan Ermənistan tərəfindən əvvəlcədən düşünülmüşdü. KTMT-ya müraciət etmək Ermənistanın siyasi və hərbi rəhbərliyinin qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Digər tərəfdən, heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibi Yuri Xaçaturovun həbs edilməsi də Ermənistanın qeyd olunan təşkilatla arasında ziddiyyətlərini daha da dərinləşdirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, KTMT-nın Ermənistandan başqa bütün üzvlərinin Azərbaycanla çox yaxşı dostluq əlaqələri mövcuddur və bu əlaqələr yüksələn istiqamətdə inkişaf edir".

Təhməz Təkin


Etiketlər:  Tovuz istiqamətində təxribatın törədilməsi üçüncü tərəflərin münaqişəyə cəlb edilməsi məqsədini daşıyırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ