Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakıda bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Tarix: 17 Iyul 2020 17:12

Bakı. Trend:

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar Babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.


Etiketlər:  Bakıda yolun hissəsində hərəkət məhdudlaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ