Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 18:22
"Qarabağ" ispaniyalı futbolçusu Miçellə yolları ayırır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ailə məsələlərini səbəb göstərərək Ağdam təmsilçisi ilə müqavilənin ləğvini istəyib. Klub onun müraciətinə qarşı çıxmayıb. Məlumata görə, yaxın vaxtlarda tərəflər müqaviləni qarşılıqlı şəkildə pozacaqlar.
Qeyd edək ki, Miçel hazırda vətəni İspaniyadadır.
Xatırladaq ki, 2015-ci ildən "Qarabağ"da oynayan Miçelin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.