Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda müasir tələblərə cavab verən sistem yaradıldı

Azərbaycanda müasir tələblərə cavab verən sistem yaradıldı

Tarix: 17 Iyul 2020 19:16

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın 2019-cu il üzrə icrası çərçivəsində bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistem yaradılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sonxeber.net-a bildirilib ki, Agentlik Dövlət Proqramında icrası nəzərdə tutulmuş əkin təyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlər keçirib. Bu tədbir üzrə torpaqlarda aqrokimyəvi analizlər aparılıb, hədəflərə nail olunub. AQTA tərəfindən bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə bağlı fermer və ailə-kəndli təsərrüfatları maarifləndirilib. Əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirlərinə dair 4 təlimat hazırlanaraq nəşr edilib. Bunlar "Üzüm bağlarında inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat", "Kartof əkinlərində inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat", "Tumlu və çəyirdəkli meyvə bağlarında inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat" və "Pambıq əkinlərində inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat"dır.


Etiketlər:  Azərbaycanda müasir tələblərə cavab verən sistem yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ