Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan ağ bayraq qaldırdı - ''Sülh istəyirik''

İrəvan ağ bayraq qaldırdı - ''Sülh istəyirik''

Tarix: 17 Iyul 2020 19:34

"İndi Azərbaycan Ermənistanla danışıqlardan imtina edirsə, bu ölkənin Qarabağ münaqişəsi ilə bağlı kiminlə danışacağı məlum deyil".

Sonxeber.net teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

"Ermənistan problemin sülh yolu ilə həll olunması mövqeyindən çıxış edir", - Naqdalyan bildirib.

Əlavə edək ki, Ermənistan ordusunun son günlər Azərbaycana qarşı əl atdığı təxribatlar bu ölkədə narahatlıq yaradıb. Dəfələrlə rəsmi Bakının sülh çağırışlarına məhəl qoymayan İrəvanın sərhədboyu ərazilərdəki sonuncu təxribatçı fəaliyyətləri erməni ordusuna baha başa gəlir.

Ermənistanın qeyri-rəsmi mənbələri işğalçı ordunun yüzlərlə canlı qüvvəsinin və çox sayda hərbi texnikasını itirdiyini gizlətmirlər. İndi də görünən budur ki, öz müttəfiqlərinin dəstəyindən məhrum olan işğalçı tərəf çətin durumda qaldığı üçün yenidən "sülh danışıqları"na qayıtmağı məqbul saymağa başlayıb.


Etiketlər:  İrəvan bayraq qaldırdı Sülh istəyirik


RƏYLƏR