Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti iyulun 20-dək dayandırılıb

14 şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti iyulun 20-dək dayandırılıb

Tarix: 18 Iyul 2020 07:06

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 20-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, 14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi avqustun 5-dək uzadılıb.

Bununla əlaqədar 14 şəhər və rayonda 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək və 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.


Etiketlər:  şəhər rayonda ictimai nəqliyyatın hərəkəti iyulun dək dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ