Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 11:21
Bakı. Trend:
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 2 tondan artıq olan 6285 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.