Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 19:24
IDC analitikləri kompüter bazarının son bir ildə 11,2% artdığını bildiriblər. Ümumilikdə, bu ilin ikinci rübündə 72,3 milyon kompüter satışa çıxarılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, IDC analitikləri satışdakı artımı COVID-19 pandemiyası səbəbindən evdə işləyən və oxuyanların sayının artması ilə izah edirlər.
Maraqlıdır ki, Gartner yalnız 64,8 milyon kompüterin satışa çıxarıldığını və bazar artımını 2,8% səviyyəsində göstərirlər.
Gartner şirkətinin mütəxəssislərinə görə, Lenovo, IDC ekspertlərinə görə isə HP kompüter istehsalçısı lider olub.