Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone-ların enerji saxlama müddətini bu yolla uzatmaq olar

iPhone-ların enerji saxlama müddətini bu yolla uzatmaq olar

Tarix: 18 Iyul 2020 23:20

Əksər iPhone istifadəçiləri enerji saxlama müddətinin onları qane etmədiyini vurğulayırlar.

Milli.Az ted.az-a istinadən iPhone-ların enerji ömrünü uzatmağın yollarını təqdim edir:

Bunun üçün öncə ekran seçimlərinə diqqət etmək lazımdır. Ekran parlaqlığını azaltmaq, ekranın avtomatik qapanma müddətini qısa saxlamaqda da fayda var.

İstifadə etmədiyiniz  funksiyaları qapalı saxlayın. Wifi və Bluetooth-u işlətmədikcə bağlı saxlamaq lazımdır.

GPS və müxtəlif platformalarda "konum" paylaşmaq da enerjini xeyli sərf edir.

Xəritə tətbiqlərindən çox istifadə etməyin. Çünki xəritədə açdığınız hər bölgə internet üzərindən yüklənir və enerji aparır.

Oyunlar və video izləmək enerji saxlama müddətini qısaldır.

Titrəşim və lazımsız bildirişləri bağlamaqla da enerjiyə qənaət etmək mümkündür.

Milli.Az


Etiketlər:  iPhone ların enerji saxlama müddətini bu yolla uzatmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ