Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SpaceX Starlink genişzolaqlı internetin test versiyasını təqdim edəcək

SpaceX Starlink genişzolaqlı internetin test versiyasını təqdim edəcək

Tarix: 18 Iyul 2020 23:48

SpaceX xüsusi təşkilatlar üçün Starlink genişzolaqlı internetin test versiyasını təqdim edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, SpaceX genişzolaqlı internet xidmətinin beta testi üçün qeydiyyatdan keçən təşkilatlara elektron məktub göndərib.

Şirkətin göndərdiyi e-məktubda Starlink-in xüsusi beta versiyasının bu yay işə salınacağını, həmçinin "ictimai beta versiyası"nın sərbəst buraxılacağını iddia edilir. Qeydiyyatdan keçmiş və xidmət haqqında yenilikləri əldə etmək üçün abunəliyi mövcud olan şəxslər "beta-test imkanları mövcud olduqda" məlumatlandırılacaqlar.

Qeyd edək ki, bu günə qədər SpaceX Starlink layihəsinin 540 peykini fəzaya buraxıb, onlardan 500-ü hazırda fəaldır.

Milli.Az


Etiketlər:  SpaceX Starlink genişzolaqlı internetin test versiyasını təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ