Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza Zərgərli koronavirusa yoluxub

Roza Zərgərli koronavirusa yoluxub

Tarix: 20 Iyul 2020 10:24

Müğənni Roza Zərgərli koronavirus infeksiyasına yoluxub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır. O bildirib ki, hazırda səhhəti yaxşıdır:

"Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətləri hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə şüşə göründü. Evə qayıdıb, özümü müalicə etdim.

Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı isə odur ki, bütün ailə üzvlərimiz bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə.

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib".


Etiketlər:  Roza Zərgərli koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ