Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokurorluq Lənkəranda iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb

Prokurorluq Lənkəranda iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb

Tarix: 20 Iyul 2020 11:24

Bakı. Samir Əli - Trend:

İyulun 19-da saat 01 radələrində Lənkəran şəhər sakinləri 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub.

Lənkəran rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü Murad Əsədzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı üzərində olan bıçaqla Ruslan Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan Məhərrəməli Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Murad Əsədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.


Etiketlər:  Prokurorluq Lənkəranda nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb


RƏYLƏR