Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokioda avtomatlaşdırılmış sərnişindaşıma xidməti sınaqdan keçirilir

Tokioda avtomatlaşdırılmış sərnişindaşıma xidməti sınaqdan keçirilir

Tarix: 21 Iyul 2020 07:04

"Panasonic" şirkəti və Yaponiyada ən böyük dəmir yolu şirkəti olan "JR East Group" yaşlı və əlil şəxslərin təhlükəsiz daşınması üçün avtomatlaşdırılmış xidməti sınaqdan keçirməyə başlayıblar. Sistem elektrikli əlil arabası ilə əlaqəli şəkildə işləyən "HOSPI Signage" robotundan ibarətdir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "HOSPI" robotu maneələri dəf etməyə imkan verən sensor və kameralar, tərəflər üzrə üç böyük displey və toxunuşu dəstəkləyən displey şəklində başa malikdir, avtomatik hərəkət edən elektrik arabası isə hərəkətin izlənilməsi funksiyasını dəstəkləyir. Robot dəmir yolu stansiyasında onu çağıran şəxsi platformadakı ən yaxın liftə və ya tualetə kimi müşayiət edir.

Yeni xidmət Tokionun "Takanawa Gateway" stansiyasında sınaqdan keçirilib. Bu il istifadəyə verilmiş "gələcəyin vağzalı" müxtəlif texnologiyaların (süni intellektə əsaslanan ödəniş sisteminə malik avtomatlaşdırılmış mağazalar, QR skanerlərə malik turniketlər və "Railway Terrace Vision" rəqəmli tablosu) nümayişi üçün platforma kimi xidmət edir.

Sistem məhdud hərəkət qabiliyyətli insanlara yalnız vağzalda deyil, həmçinin şəhərdə, xəstəxanalarda və başqa yerlərdə kömək etmək üçün istifadə edilə bilər.


Etiketlər:  Tokioda avtomatlaşdırılmış sərnişindaşıma xidməti sınaqdan keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ