Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fiat və Peugeot-u bir araya gətirəcək şirkətin adı açıqlandı: Stellantis

Fiat və Peugeot-u bir araya gətirəcək şirkətin adı açıqlandı: Stellantis

Tarix: 21 Iyul 2020 23:12

Abarth, Alfa Romeo, Fiat, Lancia, Maserati, Chrysler, Dodge, Jeep, RAM, Peugeot, Citroen, DS, Opel və Vauxhall kimi bir- birindən qiymətli avtomobil markalarını bir dam altında bir araya gətirəcək yeni şirkətin adı Stellantis elan edilib. Latın dilində "stello" sözündən götürülən bu ifadə ulduzlarla aydınlanmaq deməkdir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkətə bağlı olan avtomobil markaları öz adlarından və loqotiplərindən istifadə etməyə davam edəcəklər. Təxmini hesablamalara görə, birləşmə 2021-ci ilin birinci rübündə tamamlanacaq. Birləşmə bitdikdən sonra Stellantis dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq.


Etiketlər:  Fiat Peugeot araya gətirəcək şirkətin adı açıqlandı Stellantis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ