Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

Tarix: 20 Iyun 2019 10:42

Bakı. Samir Əli - Trend:

Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.

Trend-in məlumatına görə, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi "VAZ 2107" markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.

Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ