Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 08:28
"Realme" brendinin aparatları ən çox qızmaya meyilli smartfonlar adlandırılıb. Bu haqda "Master Lu" testinin nəticələrinə istinadən Çinin "MyDrivers" nəşri yazıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, araşdırma çərçivəsində Çin brendlərinin smartfonları testdən keçirilib. "Vivo" şirkətinin telefonlarının ən "soyuq" smartfon olduğu məlum olub. Brendə məxsus qurğuların korpus və komponentlərinin orta temperaturu 30,56 dərəcə təşkil edir. İkinci və üçüncü yerləri "Samsung" və "Oppo" şirkətinin qurğuları tutublar. Bu brendlərə məxsus qurğularda iş zamanı orta temperatur müvafiq olaraq 31,08 və 31,15 dərəcə təşkil edir.
"Realme" brendinin cihazları ən "isti" qurğular olublar, orta temperatur təxminən 33,18 dərəcə təşkil edib. Reytinqdə ən yüksək temperatur "Nokia 9 PureView" smartfonunda qeydə alınıb, onun korpusu 43,05 dərəcəyədək qızıb.