Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 10 gün ərzində azərbaycanlılar bu ölkələrdə aksiyalar keçiriblər - SİYAHI

Son 10 gün ərzində azərbaycanlılar bu ölkələrdə aksiyalar keçiriblər - SİYAHI

Tarix: 23 Iyul 2020 15:00

Azərbaycanlılar son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bir çox ölkələrdə COVİD 19 Pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq 10 minlərlə soydaşımız müxtəlif aksiyalarda fiziki olaraq iştirak edib.

Aksiyaların yarıdan çoxu Avropanın müxtəlif ölkələrində keçirilib. Belə ki, Avropda 31 aksiya baş tutub. Almaniyanın 7 şəhərində 9 aksiya, İsveçdə 4 aksiya, Niderlandda 2 aksiya, Fransada 2 aksiya, Belçika, İngiltərə, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Finlandiya, Polşa, Macarıstan, Latviya, Litvada isə bir aksiya.

ABŞ-ın 8 şatında 11 aksiya gerçəkləşib. Bu aksiyalar ABŞ-ın İllinoys, Kaliforniya, Texas, Nyu York, Massaçusets, Corcia, Vaşinqton ştatları və Vaşinqton Kolumbiya Dairəsi ərazilərdinə baş tutub.

Bunlardan əlavə olaraq:

Kanada 1 (Toronto)

İsrail 1 (Kiryat Byalik - Krayotı şəhər kəsişməsi)

Rusiya 2 (Moskva, Şimali Asetiyada)

Moldova 1 (Kişinyov)

Ukrayna 2 (Kiyev)

Qazaxıstan 1 (Aktau)

Türkiyə 7 (4 şəhərdə - Ankata, İstanbul, İzmir, Antalya) aksiya gerçəkləşib.

Ermənilərin Azərbaycan səfirliklərinin qarşısında təşkil edikləri aksiyalara etiraz olaraq 8 aksiya keçirilib. Bunlar Polşa, Niderland, Belçika, ABŞ - Vaşinqton, Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada təşkil olunub.

Aksiyalarla bərabər mətbuat konfransı və maarifləndirmə tədbirləri də aparılıb. İsveç, İspaniya, Litva, Türkiyə, Gürcüstanda bu tədbirlər həyata keçirilib.

Latviya, İsveç və ABŞ-da həmvətənlərimiz maşın yürüşləri də təşkil ediblər.

Qeyd edək ki, bütün aksiyalar icazəli olub, müdafiə aksiyaları haqqında polis məlumatlandırılıb.


Etiketlər:  gün ərzində azərbaycanlılar ölkələrdə aksiyalar keçiriblər SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ