Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 11:45
Qərbdəki erməni diasporası terror mahiyyətli bir təşkilatdır.
Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Los Anceles və Brüsseldəki dinc aksiyalar zamanı azərbaycanlılara qarşı erməni vandalizmi illər öncə türk səfirliklərinə, səfirlik nümayəndələrinə, iş adamlarına qarşı törədilən terror əməllərinin başqa formada davamıdır:
"Bizim Azərbaycan vətəndaşlarına qarşı son şahidi olduğumuz erməni vəhşiliyi illər öncə türklərə qarşı başqa cür, açıq terrorlar formasında törədilib. Yenə də erməni diasporasının əli ilə bu terrorlar həyata keçirilib. Səfirliklərə, səfirlik nümayəndələrinə qarşı, Türkiyənin iş adamlarına qarşı, yaxud da ki, qərbdə yaşayan siyasətçilərinə qarşı açıq terror əməlləri həyata keçiriblər. Bu, həmin o siyasətin, ənənənin başqa formada davamıdır. Dinc nümayişçilərə, adi insanlara qarşı belə terror əməlləri törədirlər. Bu, terrorun başqa formasıdır. Misal üçün, azərbaycanlılara qarşı hazırda sərhəddə ermənilər yenə terror törədirlər. Onlar Azərbaycanın yaşayış məntəqələrini, dinc sakinlərini atəşə tuturlar. Bu, yenə də terror əməlidir. Son hadisələr onu göstərir ki, erməni diasporası və yaxud da erməni ideologiyasını həyata keçirən insanlar terror yolu ilə bunları etmək istəyirlər, niyyətindədirlər və ənənəvi yoldur. Əlbəttə, qeyri-qanuni yoldur. Bütün konvensiyaları, bütün normaları, həmin o yaşadıqları ölkələrin qanunlarını kobud şəkildə pozan əməllərdir. Bunlara hüquq müstəvisində reaksiya verilməlidir".
Politoloq qeyd edib ki, biz qardaş Türkiyə diasporası, digər dost diasporaların köməkliyi ilə bu terrorun qarşısını almalıyıq:
"Sözügedən aksiyalardakı təxribatları törədən ermənilərin arxasında mütəşəkkil qruplar, dəstələr dayanırlar. Bu qrupların başçıları var. Onları bu şəxslər idarə edir. Bu, idarə olunan bir prosesdir, pərakəndə şəkilində orada-burada azərbaycanlıları döyməklə bitən bir proses deyil. Onların arxasında havadarları var, bunları müəyyənləşdirmək lazımdır. Düşünürəm ki, Azərbaycan höküməti, Azərbaycan Diasporası, Azərbaycan səfirliklərinin nümayəndələri bununla bağlı ciddi işlər aparmalıdırlar. Artıq bu proses başlayıb. Müxtəlif ölkələrdə vəkillər tutulmalıdır, istintaqa başlanılmalıdır, yəni ərizələr, şikayətlər əısasında istintaq getməlidir. Bu insanlar müəyyənləşdirilməlidir. Biz bilməliyik ki, bunların arxasında konkret kimlər dayanır, onların məqsədləri nədir. Mən yen də istisna etmirəm ki, ermənilərin bu əməllərinin Ermənistanın indiki iqtidarı ilə, rəsmi İrəvanla əlaqəsi var. Onlar bu hadisələri koordinasiya şəklində törədirlər. Nə oldu ki, ermənilər başqa-başqa ölkələrdə başlayıblar eyni əməlləri törətməyə?! Biz təəssüflər olsun ki, təkcə Azərbaycanda erməni təcavüzü ilə qarşılaşmamışıq, eyni zamanda dünyanın başqa-başqa ölkələrində də erməni terroru ilə qarşılaşırıq. Mütəşəkkil qaydada aparılan bir hərəkətə mütəşəkkil də cavab olmalıdır. Biz qardaş Türkiyə diasporası, digər dost diasporaların köməkliyi ilə bu terrorun qarşısını almalıyıq".
"Paşinyan kimdir axı?! Paşinyan bu insanların əlində oyuncaqdır. Bu insanlar Paşinyanı hakimiyyətə gətiriblər. Müxtəlif mənbələrə əsaslanaraq bunu demək olar ki, xüsusilə Amerika erməni assambleyası, o biri nümayəndələrin Paşinyanı hakimiyyətə gətirilməsində rolu var. İndi bu adamlar, xüsusilə də ermənilərin qərb diasporası daha fəaldırlar. Düşünürəm ki, Paşinyan onların əlində həm vasitədir, həm alətdir, həm də ki, bu siyasəti həyata keçirən bir amildir", - İlqar Vəlizadə deyib.
Təhməz Təkin