Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 22:30
Koronavirusun damarları yoluxdurduğu, iltihaba və tromboza səbəb olduğu geniş şəkildə məlumdur. Lakin yeni tip virusun hələ izah edilməyən bir sıra qəribəlikləri var.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi Federal Dairəsi üzrə baş sərbəst pulmonoloqu Andrey Malyavin danışıb:
"Xəstələrin psixoloji problemləri yalnız pandemiya, infeksiya və ölüm qorxusu ilə izah edilə bilməz. Bu vəziyyət hələ özümə də aydın deyil. Bu nəticəni belə adlandırardım - infantilizm. Hətta orta dərəcədə COVID-19-dan əziyyət çəkən insanlar uşaq kimi olurlar. Bu, bir növ idrak çatışmazlığıdır, sağalmış xəstə daha dözülməz olur, idrak qabiliyyəti zəifləyir, fikrinizi başa düşməsi üçün bir neçə dəfə təkrar etmək lazımdır.
Eyni zamanda İngiltərədəki ciddi araşdırmalar COVID-19-dan ölən xəstələrin beynində morfoloji dəyişikliklər tapmayıb. Beləliklə, idrak qabiliyyətinin azalması virusun beyinə birbaşa təsirinə aid edilə bilməz. Lakin bir problem var ki, bu psixiatr və psixoloqların araşdırmasını tələb edir. Həkimlər sağalmış şəxsin zehni qabiliyyətini necə bərpa edəcəyini bilməlidir".
A.Malyavin xəstələrin hamısının reabilitasiyaya ehtiyacı olmadığını açıqlayıb:
"Evə buraxıldıqdan sonra sağlamlığınız normala qayıtmasa: əzələ zəifliyi, yorğunluq, süstlük, çox uzun müddət davam etsə, həkimə müraciət edin.
Xüsusilə təngənəfəslik davam edərsə - bu tənəffüs çatışmazlığının əlamətidir, dərhal müalicə tələb olunur. Həm də iştahın zəifləməsi, ağızdakı acılıq hissi təhlükəli əlamətdir və bu virusa kütləvi tibbi hücum nəticəsində qaraciyərin zədələnməsini göstərə bilər, həkimlərin də diqqətini tələb edir.
Özünüzü qismən pis hiss edirsinizsə, həkimə getməyə bilərsiniz. Ancaq başa düşməlisiniz ki, koronavirusdan sağalma çox yavaş gedir, evə buraxıldıqdan dərhal sonra özünüzü yükləməyinizə ehtiyac yoxdur". (publika.az)