Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qan qrupları olanlar koronavirusa daha tez-tez yoluxurlar

Bu qan qrupları olanlar koronavirusa daha tez-tez yoluxurlar

Tarix: 25 Iyul 2020 20:36

Massaçusets (ABS) xəstəxanası və Bet-İsrael tibb mərkəzinin mütəxəssislər 8000 yaxın koronavirus xəstəsinin məlumatlarını təhlil ediblər.

Alimlər xəstələrin qan qrupu ilə koronavirusun gedişatı, infeksiyanın ağırlaşması və ölüm riskinin əlaqəsini araşdırıblar.

Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, araşdırmanın nəticələri nüfuzlu Annals of Hematology jurnalında dərc olunub.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, xəstənin qan qrupu koronavirusun gedişatına və letallığa təsir etmir. Yəni istənilən qan qrupu olan insan koronavirusu ağır keçirə və ondan ölə bilər.

Lakin araşdırma göstərib ki, III və IV-cü qan qrupu olanlar COVID-19-a daha tez-tez yoluxurlar.

Belə çıxır ki, qan qrupu koronavirusun gedişatına təsir etməsə də, yoluxma riskinə təsir edə bilir.


Etiketlər:  qrupları olanlar koronavirusa daha yoluxurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ