Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yağ kömək etməyəcək, naşatır ziyan vuracaq... İlk yardımla bağlı yayılmış 3 MİF

Yağ kömək etməyəcək, naşatır ziyan vuracaq... İlk yardımla bağlı yayılmış 3 MİF

Tarix: 25 Iyul 2020 22:36

Həkimə qədər ilk tibbi yardım qaydalarını hər kəs bilməlidir.

Bu insanın sağlamlığı və bəzən hətta  həyatını xilas etməyə kömək edir.

Lakin bəzi yayılmış ilk tibbi yardım "üsulları" zərərçəkmişə yalnız ziyan vura bilər. 

Sonxeber.net saglamolun.com-a istinadən ilk tibbi yardımla bağlı olan ən yayılmış miflərlə tanış edir.

Mif 1. Epilepsiya tutması zamanı xəstənin dişlərini zorla aralamaq, dilini çıxartmaq, ağzına nə isə (dəsmal, qaşıq və s.) salmaq  olmaz!

Xəstəni sadəcə böyürü üstə yerə uzandırmaq və ətrafda olan əşyaları qərağa çəkmək lazımdır ki, tutma zamanı xəstə onlara dəyib zədələnməsin. Bu qədər.

Mif 2. Bayılma zamanı naşatır spirtindən istifadə etmək olmaz!

Bu üsul artıq dünyada çoxdandır ki, istifadə olunmur. Naşatır spirti ağır allergiya, nəfəsalmanın dayanması, burunun selikli qışasının yanığına səbəb ola bilər.

Adətən bayılan insan 1-2 dəqiqədən sonra özünə gəlir.

İnsan nəfəs alır, nəbzi var və qanaxma yoxdursa, onu sadəcə bel üstə uzandırın, ayaqlarını bir qədər qaldırın, kəməri, paltarın yaxasını açın, otağın pəncərəsini açın (bu mümkün deyilsə, xəstəni çölə çıxardın).

İnsan bir neçə dəqiqədən sonra özünə gəlməyibsə, dərhal "təcili yardım" çağırın.

Mif 3. Yanıqlara yağ, yumurta, diş pastası və s. sürtmək olmaz!

Yanıq baş verdikdən dərhal sonra zədələnmiş yeri 15-20 dəqiqə ərzində axar soyuq suyun altında saxlayın. Bundan sonra dəriyə xüsusi vasitələr (pantenol gel və s.) çəkə bilərsiniz.

Yanmış yerə dərhal yağ, yumurta və s. sürtdükdə üzərində plyonka əmələ gəlir, isti çölə çıxa bilmir və dəri hələ 15-20 dəqiqə ərzində bu plyonkanın altında yanmağa və zədələnməyə davam edir.  

Saglamolun.Az


Etiketlər:  Yağ kömək etməyəcək naşatır ziyan vuracaq İlk yardımla bağlı yayılmış MİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ