Tarix: 26 Iyul 2020 00:40
Türkiyə Superliqasını tərk edən komandalar müəyyənləşib.
Qol.az xəbər verir ki, onların adları mövsümün son turunda keçirilən oyunlardan sonra bəlli olub.
Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı “Kayserispor” “Trabzonspor”a uduzaraq 18 komanda arasında sonuncu olub.
Həmçinin, “Ankaragücü” (17-ci) və “Yeni Malatyaspor” (16-cı) da autsauderlər qrupundan çıxa bilməyib. Hər üç komanda növbəti mövsümdən 1-ci liqada çıxış edəcəklər.