Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 15:08
Bəzən Android telefonlarda müxtəlif problemlərlə qarşılaşmaq mümkündür. Bu problemlərdən biri də şəbəkə yoxdur xətasıdır. Bir çox insan bu problemlə qarşılaşır. Həlli isə olduqca sadədir.
Sonxeber.net ted.az-a istinadən android telefonlarda şəbəkə problemi ilə bağlı tövsiyələri sizə təqdim edirik.
Android telefonlarda yaranan şəbəkə problemini həll etmək üçün bu addımları yerinə yetirə bilərsiniz:
- İlk olaraq telefondan batareyanı çıxararaq 10 dəqiqə telefonu söndürün.
Yandırıldıqdan sonra yenidən cəhd edin.
Bu üsul xətanı düzəltməyibsə parametrlər bölməsinə daxil olun. Daha sonra digər parametrlər - mobil parametrlər - şəbəkə operatoru bölməsinə daxil olun. Burada yalnız GSM seçimi seçilməlidir və alt hissədə olan "şəbəkələri axtar" seçiminin üzərinə vurulmalıdır. Şəbəkələr axtarılmağa başlanır. İstifadə etdiyiniz operatoru seçin. "Şəbəkə qeydə alındı" yazısı ekrana gəldikdən sonra telefon söndürülüb yandırılmalıdır.
Bu əməliyyatlarından sonra problem həll ediləcək. Problem hələ də davam edərsə, mövcud sim kartın nasazlığı ola bilər. Bunun üçün bu addımlar başqa bir cihazda təkrarlanmalıdır