Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məşhur xidmət və onlayn kinoteatrların adından zərərli proqram yayılır - AZƏRBAYCANDA

Bu məşhur xidmət və onlayn kinoteatrların adından zərərli proqram yayılır -  AZƏRBAYCANDA

Tarix: 26 Iyul 2020 20:08

Kibercinayətkarlar məşhur şouların adlarını reklam proqramları və zərərli proqramlara əlavə edir və onlardan fişinq hücumlarını həyata keçirmək üçün istifadə edirlər. Tapılan fayllar arasında, məsələn, məlumatların silinməsi və ya bloklanmasını təmin edən müxtəlif tipli funksional troyanlar, habelə istifadəçi fotoşəkillərini və onlayn bankçılıq zamanı şifrələri oğurlamaq üçün istifadə edilən casus proqramları var.

Bu haqda Kaspersky şirkəti məlumat yayıb.

Məlumata görə, ötən ilin yanvar ayından etibarən, Netflix-in qeyd olunduğu zərərli fayllarla cihazları yoluxdurmağa çalışan 22 mindən çox cəhd aşkar edilib. Əksər hallarda "Qəribə şeylər," "Cadugər," "Cinsi təhsil", "Narıncı - sezonun hiti" serialları "yem" kimi istifadə olunub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bundan əlavə, Azərbaycanda məşhur olan xidmət və onlayn kinoteatrların - KinoPoisk HD, Okko, IVI bənzətməsi olan zərərli və arzuolunmaz proqramlar da tapılıb.

"İnsanlar onlayn kinoteatrlardan getdikcə daha aktiv istifadə edirlər. Mütəxəssislərimizin qeyd etdiyi kimi, koronavirus pandemiyası dövründə geniş auditoriyanın bu cür xidmətlərə marağı xüsusilə artıb, çünki bu mənbələrin əksəriyyəti çox sayda filmə və seriallara pulsuz giriş təqdim edir. Filmə baxmaq üçün internet platformaların populyarlığını kibercinayətkarlar öz leyhlərinə çevirməyə çalışırlar. Buna görə də serialları və filmləri rəsmi platformalarda izləmək daha yaxşıdır", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Zərərli proqramlarla qarşılaşma riskini azaltmaq üçün Kaspersky tövsiyə edir:

• "stream" qaynaqlarına yalnız rəsmi saytlar və ya tətbiqlər vasitəsilə daxil olun;

• sənədləri qeyri-rəsmi mənbələrdən yükləməyin;

• Kaspersky Security Cloud kimi bütün növ cihazların hərtərəfli qorunmasını təmin edən etibarlı bir təhlükəsizlik həlli quraşdırın.


Etiketlər:  məşhur xidmət onlayn kinoteatrların adından zərərli proqram yayılır AZƏRBAYCANDA


RƏYLƏR