Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 20:16
Bakı. Trend:
Taycan şimal-şərq sahilərində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İlan yaşayış məntəqəsindən 86,5 kilometr aralıda, ocağı isə 53,2 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, zəlzələ Hualan, İlan, Taydun, Nantou, Yunlin və bir sıra şəhərlərdə hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.