Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol üzrə İtaliya çempionatında ''Lasio'' ''Verona''nı məğlub etdi

Futbol üzrə İtaliya çempionatında ''Lasio'' ''Verona''nı məğlub etdi

Tarix: 27 Iyul 2020 01:20

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 36-cı turunda "Verona" "Lasio" komandasına məğlub olub.

Trend-in məlumatına görə, oyun 5:1 hesabı ilə sona çatıb.

Qolları romalı "Lasio" tərəfindən Sergey Milinkoviç-Saviç (56-cı dəqiqə), Xoakin Korrea (62) və Çiro İmmobile (45+6, penalti; 83; 90+4, penalti), "Verona"dan isə Sofyan Ambarat vurublar.

Turnir cədvəlində "Lasio" 36 oyunda 75 xal toplayaraq dördüncü yerdədir. Daha əvvəl klub çempionlar liqasına keçidinitəmin edə bilib. "Verona" 46 xalla doqquzuncu yerdədir.

Növbəti turda iyulun 29-da "Lasio" "Breşiya", "Verona" isə həmin gün "SPAL" ilə görüşəcəklər.


Etiketlər:  Futbol üzrə İtaliya çempionatında Lasio Veronanı məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ