Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 07:30
Futbol üzrə İtaliya çempionatının 36-cı turunda "Verona" "Lasio" komandasına məğlub olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, oyun 5:1 hesabı ilə sona çatıb.
Qolları romalı "Lasio" tərəfindən Sergey Milinkoviç-Saviç (56-cı dəqiqə), Xoakin Korrea (62) və Çiro İmmobile (45+6, penalti; 83; 90+4, penalti), "Verona"dan isə Sofyan Ambarat vurublar.
Turnir cədvəlində "Lasio" 36 oyunda 75 xal toplayaraq dördüncü yerdədir. Daha əvvəl klub çempionlar liqasına keçidinitəmin edə bilib. "Verona" 46 xalla doqquzuncu yerdədir.
Növbəti turda iyulun 29-da "Lasio" "Breşiya", "Verona" isə həmin gün "SPAL" ilə görüşəcəklər.