Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 12:45
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ukraynada açılmış atəş nəticəsində yaralanan azərbaycanlı tələbələrin vəziyyəti yaxşıdır.
Trend-in məlumatına görə, bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin müavini Elşad İbrahimov bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır:
"Bildiyimiz kimi bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbələrə atəş açılıb. Hadisə yerində 4 nəfər olub, onlardan ikisi ayağından yaralanıb. Hazırda vəziyyətləri yaxşıdır".
E.İbrahimov əlavə edib ki, diaspor Ukrayna hüquq mühafizə orqanlarından tələb edib ki, tezliklə istintaq yekunlaşdırılsın və hadisəni törədən şəxslər cəzalandırılsınlar.